Salyanda mağazaya basqın olub.
Bu barədə Mediainfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Salyan rayon polis şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2 000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
A.Cəfərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılıb.
Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.
Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















