Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.
Mediainfo.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, həmin zaman isə onun huşunun itirməsindən istifadə edərək 500 manat pulunu və 4800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.
Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını məsimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib.
Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Saxlanılan qadın barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































