"Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənlər çox güman ki, 3 ilədək azadlıqdan məhum ediləcəklər”.
Mediainfo.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Bakıda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənləri gözləyən cəzadan danışarkən deyib.
Vəkil bildirib ki, sözügedən hadisə cəmiyyətimiz və ictimaiyyətimiz tərəfindən çox pis qarşılanıb: "Həqiqətən də bu böyük hörmətsizlikdir. Söhbət Zeynalabdin Tağıyevin abidəsindən gedir. Bu, ona və cəmiyyətə qarşı hörmətsizlikdir”.
Əkrəm Həsənov vurğulayıb ki, onlara qarşı iki maddə - 221-ci və 246 maddəsi ilə cinayət işi açılıb: "Onlar ictimai qaydanı kobud sürətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib və qərəzli hərəkətləri ilə özgənin əmlakını zədələyiblər. Həmin maddədə göstərilir ki, bu əməl bir qrup şəxs tərəfindən törədilib və bu zaman onun cəzası daha ağırdır”.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılıb. Heykəl gecəykən bir qrup şəxs tərəfindən zədələnib. Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































