Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək tutulub.
Bu barədə Mediainfo.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı-Quba yolunun Binəqədi rayonu ərazisində yerləşən Ekoloji Nəzarət Bölüyü postunda Bakı şəhər sakinləri Novruz Qasımovun idarə etdiyi “Hyundai” və Musa Tağıyevin idarə etdiyi “Chevrolet”, Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisində yerləşən postunda isə Bakı şəhər sakini Fərid Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. M.Tağıyev polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci, F.Əliyev və N.Qasımov barəsində isə 327.1 və 333.1-ci maddələri ilə protokollar tərtib olunub.
Abşeron Rayon Məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün müddətinə inzibati qaydada həbs, N.Qasımov 6 ay müddətinə, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə isə F.Əliyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































