Füzuli rayonunda xalası qızına dələduzluq edən qadının cinayət işi məhkəməyə göndərilib.
Mediainfo.az xəbər verir ki, bu barədə Füzuli rayon Prokurorluğundan bildirilib.
Rayon sakini Maral Xəlilovanın öz qohumunun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsi faktı ilə bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq tamamlanıb.
İstintaqla müəyyən edilib ki, Maral Xəlilova xalası qızı Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadə barəsində Füzuli rayon polis şöbəsinin istintaq bölməsində istintaq edilən cinayət işinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik edəcəyi adı ilə ondan ümumilikdə 23 min manat məbləğində pul alıb.
Maral Xəlilovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































