Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Mediainfo.az-a DİN-dən verilən məlumata görə, baş idarənin cinayət axtarışı idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilərək götürlüb.
Bundan başqa, ŞBPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri- Rəfail Abdullayev, Araz Məmədov və Cəfər Mirzəyev saxlanılmış, həmin şəxslərin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb.
Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Şahlar Əsədov saxlanılıb. Polis idarəsində saxlanılan şəxsin üzərindən narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.
Qeyd edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































