Məhkəməni tez bitirin, cəzamı verin – Eldar Həsənov

Məhkəməni tez bitirin, cəzamı verin – Eldar Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediainfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənov ifadəsini davam etdirib.

Sabiq səfir səhhətini xatırladaraq, "Möhtərəm hakim, istəyirəm məhkəmə tez başa çatsın, mən də cəzamı alım” deyib.

Hakim isə “hələ sizin cəza alıb-almayacağınızı bilmirik” deyə cavab verib.

Daha sonra prosesdə Buxarestdəki parkın təmir-bərpa işi ilə bağlı ifadə verən Eldar Həsənov deyib ki, həmin parkın təmiri səfirlik tərəfindən həyata keçirilməyib:

“Parkın təmirini aparan şirkəti şəhər meriyası seçib. Təmir-tikintiyə nəzarəti də XİN-in komissiyası aparırdı. Ən əsası odur ki, abadlaşdırma aparan şirkətin təhvil-təslim aktı yox, meriyanın parkı təhvil götürməsi aktı yox, amma müstəntiq burda yeyinti faktı aşkarlayıb. Hansı əsasla?”

Eldar Həsənov bildirib ki, səhhəti imkan vermədiyi üçün ikinci epizod üzrə ifadə verə bilmir.

Proses sentyabrın 24-də davam etdiriləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az