Türkiyənin Nevşehir vilayətində 45 yaşlı azərbaycanlı qadın öldürülüb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tərhanə Yaman adlı iki uşaq anası qadının meyiti Avanos rayonundakı evlərdən birində ov tüfəngi ilə güllələnmiş halda tapılıb.
Hadisə Avanos rayonunun Yuxarı Məhəllə, İnönü Küçəsindəki fərdi evdə baş verib. Nevşehirdə yaşayan və Azərbaycan vətəndaşı olan qadın sentyabrın 17-də Duran. A. Adlı şəxslə görüşmək üçün onun yaşadığı Avanos rayonuna gedib. Yaxınları daha sonra ondan xəbər ala bilməyiblər və ailəliklə münasibətlərinin olduğu Duran A.-nın evinə gediblər. Qapısı açıq qalan evə girəndə Tərhanə Yamanın ov tüfəngi ilə vurulduğunu görüblər.
Hadisə yerinə polis və təcili yardım briqadası gəlib, amma qadının artıq öldüyü təsbit olunub. Əməliyyatçılar ev sahibi Duran A.-nı axtarmağa başlayıblar, amma məlum olub ki, həmin şəxs sentyabrın 18-də səhər saatlarında Kayseri bölgəsinin Kocasinan rayonunda, Yemilha məhəlləsində qatarın vurması nəticəsində ölüb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















