Azərbaycanlı kriminal avtoritet ailə həyatı qurub.
Mediainfo.az xəbər verir ki, uzun illər Rusiyada həbsdə olan kriminal avtoritet, cinayət aləmində “Bərdəli Ruslan” kimi tanınan Ruslan Nəzərli müğənni xanımla evlənib.
Onun həyat yoldaşı “Kristal” qrupunun keçmiş solisti, gənc müğənni Həmidə Hüseynovadır.
Qeyd edək ki, “Bərdəli Ruslan” 2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasovu döydüyünə görə həbs olunmuşdu.
Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.
Ruslanın qardaşı Dadaş Nəzərli də kriminal aləmin tanınmış simalarındadır.
Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum “qanuni oğru” Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































