Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəməsi keçirilib.
Mediainfo.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.
Məhkəmə Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda əyləşməsi ilə bağlı vəkilin qaldırdığı vəsatəti təmin edib.
Bunu Eldar Həsənovun vəkili Adəm Məmmədov deyib.
“Sabiq baş prokuror və səfir Eldar Həsənov vəsatətimizə əsasən şüşə qəfəsdən çıxarılaraq zalda əyləşdirildi”, - vəkil bildirib.
Vəkillər Eldar Həsənovun səhhətində problemlər olduğunu bildiriblər. Müdafiəçilər bu əsasla onun ev dustaqlığına buraxılaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəsatət veriblər. Vəkillərin digər vəsatəti isə prosesin qapalı keçirilməsi ilə bağlı olub.
Məhkəmə vəsatətləri təmin etməyib.
Eldar Həsənov bildirib ki, məhkəməyə ağrılarla gəlir: “Bu günədək Azərbaycanda səfir həbs olunmayıb. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacağam. Əgər ölsəm, nəslimdə 61 hüquqşünas var. Ən azı onlardan biri mənim hüquqlarımı müdafiə edəcək. Bunu vəsiyyətimə də yazmışam.
Mənim məhkəmədə verəcəyim ifadə Azərbaycanın dövlətlərarası münasibətlərinə mənfi təsir edə bilər. Ona görə xahiş edirəm ki, proses qapalı keçirilsin”.
Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































