Bakı sakinini avtomobillə sürüyərək pulunu aparıblar.
Mediainfo.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 8-də Bakı şəhər sakini R.İsgəndərov Nizami RPİ 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 4-də bir nəfərin ona məxsus içərisində 1200 manat olan pul kisəsini açıq talama yolu ilə apardığını bildirib.
R.İsgəndərov bildirib ki, təqsirləndirilən şəxs hadisə yerini tərk edərkən onun paltarından tutub getməsinə mane olub, lakin soyğunçu avtomobili hərəkətə gətirib onu 10-15 metr sürüyərək ayaq və qollarına xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Səfərzadə saxlanılıb. Şəxsi axtarış və idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı ümumilikdə 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















