Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən üç şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Mediainfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbirlərlə rayon ərazisində yerləşən “Ayşən” şadlıq sarayında baş tutan toy məclisində 18 nəfər, “Komfort” şadlıq sarayında isə 34 nəfər qonağın vaksinasiyadan keçməyərək iştirak etdikləri müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və onlar məclislərdən uzaqlaşdırılıblar.
Keçirilən digər bir tədbir nəticəsində rayonun Fətəlikənd kəndi ərazisində yerləşən “Davud” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkar edilib.
Yol verdiyi qayda pozuntusu ilə bağlı obyekt sahibi Aydın Quliyevlə profilaktiki söhbətlər aparılıb və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































