Sumqayıtda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Mediainfo.az ” Xəzər TV-yə istinadən xəbər verir ki, həyatının böyük bir hissəsini dəmir barmaqlıqlar arxasında yaşamış məşhur cibgir Qəmərin oğlu "iş başında" yaxalanıb. 10 dəfə məhkumluq həyatı yaşamış Elxan Cəfərov yenidən tutulub.
Avtobuslardan, ticarət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən 9 nömrəli marşrut xəttində sərnişinlərdən birinin cibindən içərisində 150 manat olan pul qabını oğurlayan 50 yaşlı Elxan Cəfərov saxlanılıb.
Elxan Cəfərov yaşadığı evdən çıxaraq 9 nömrəli marşrut avtobusuna minib. Avtobusda olan sıxlıqdan istifadə edərək oğurluq əməlini həyata keçirib və növbəti dayanacaqda düşərkən polis əməkdaşları tərəfindən tutulub.
İstintaqa cəlb edilən Elxan Cəfərovun indiyədək 10 dəfə məhkum olduğu və ümumilikdə 20 il həbsxana həyatı yaşadığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, onun ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elxan Cəfərov Sumqayıt Polisi tərəfindən yaxalanan məşhur cibgir və narkotik alverçisi Qəmər Cəfərovanın oğludur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































