Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Mediainfo.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Rüstəm Muxtarov saxlanılıb.
Şəxsi axtarış aparılan zaman ondan kağız bükümlərdə satış məqsədilə üzərində daşıdığı heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə - metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə R.Muxtarovun yaşadığı ünvana da baxış keçirilib.
Oradan ümumi çəkisi 21 kiloqram 150 qram olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana və kağız bükümdə heroin qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































