“Gülnayə iyunun 9-da evdən çıxıb gedib. Həmin vaxt biz hamımız xəstəxanada olmuşuq. Onun getməyi üçün heç bir səbəb olmayıb. Qardaşına mesaj yazıb və bizə böhtan atıb. Biz də istəyirik ortaya çıxsın, hər şey aydın olsun”.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu “Yeni Sabah”a açıqlamasında Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, qaynı tərəfindən zorlandığı iddia olunan Gülnayə Şükürovanın qayınanası Solmaz Mirzəyeva deyib. O, Şükürovlar ailəsinin oğullarına böhtan atıldığını bildirib. S. Mirzəyeva hadisənin necə baş verməsi, gəlini Gülnayənin evdən qaçması haqda danışıb:
“Xəstəxanada bizə zəng etdi ki, girdiniz qəbula? Yox dedik. Nə etdiyini soruşduq, evi süpürdüyünü bildirdi. Qayıdanda gördük evdə yoxdur.
Onun təcavüzlə bağlı dedikləri yalandır. Mənim uşağımı şərləyir. Elə bir şey olmayıb. Bunu bir ana kimi dəqiq deyirəm. Belə bir şey heç vaxt ola bilməz. Kənddə istənilən adamdan soruşa bilərsiniz. Bizdə belə şərəfsizlik ola bilməz.
Mən onu qızım kimi qəbul etmişəm. Yağ-bal içərisində saxladım. Qoymadım iş görməyə. Amma bilmirəm nəyə görə bizə qarşı bu hərəkəti elədi. Çıxsın üzə, hər şey aydın olsun. Niyə gedib haradasa gizlənib?
Evdən paltarlarını da yığıb aparıb. 7-8 dəst paltar, fen, kosmetika, telefon, diş pastası götürüb. Biz onu evin qızı bilirdik və pulu saxlamaq üçün ona verirdik. 260 manat da pul götürüb. Allahla danışan adamam, qızıllarını çıxarıb evə qoyub. Hazırda da ona zəng çatmır. Biz xəstəxanadan gəldik, gördük yoxdur, telefonuna əvvəl zəng çatdı, amma götürmədi. 5 dəqiqə sonra isə artıq telefona zəng çatmadı.
Hər kəsdən xahiş edirəm, Gülnayənin taplmasına kömək etsinlər.
Mənim uşaqlarım 2-ci qrup əlildir. Bir tərəfləri işləmir. Nicat da, İbrahim də 2-3 kq ağırlığı belə qaldıra bilmir.
Tutaq ki, səni qaynın zorlayıb, əgər sən namuslu qadınsansa, hər hansı əşyanı götürüb onun başına vura bilərsən, yəni mane ola bilərsən. Vur pəncərəni sındır. Qışqır, kimisə köməyə çağır, yaxınlarının yanına gedib xəbər ver. Daha evdən qaçmaq nədir?
Mən də istəyirəm ki, məsələ aydınlaşsın. 16 gündür bizim evdə nə gecə, nə də gündüz var. Qorxu içərisində yaşayırıq. Mənim oğlum impotent deyil. Bu şayiəni də onun anasıgil yayıb. 5 gün əvvəl üstümüzə hücum ediblər. Elə bir şey yoxdur. Həkim var, gedib yoxlana bilərik. Hər şey ekspertizanın tələbi ilə yerinə yetiriləcək. Mənim namuslu ailəmə niyə ləkə vururlar?
O nişanı qayıtmış qız idi. Sadəcə oğlum 4 il idi onu sevdiyi üçün onun istəyi ilə razılaşdıq və ailə qurdular. Onunla qızım kimi davrandım. İndi niyə belə elədi?! Əgər qaçmaq fikri vardısa, elə atasının evindən qaçardı.
Onun istədiyi adam olub. Uşaqlar iki dəfə onu başqası ilə mesajlaşanda tutublar. Başa salıblar, bu hərəkətinin düzgün olmadığını izah ediblər. Mən də ona telefon alıb vermişdim, nə bilim belə edəcək. Onlar yoldaşı ilə ayrı qalırdılar, mən də onun telefonunu izləmirdim ki?!
Kiminlə yazışdığını bilmirəm. Kim idi bilmirik. Votsapla yazışıblar, onu da müəyən edə bilmədik.
Biz əsas yola yaxın yerdə yaşayırıq. Əgər yola çıxıb harasa getsəydi, kimsə görərdi onu. Amma elə gedib ki, heç kim görməyib. Kimsə gəlib onu xüsusi aparıb. Haradasa saat 12-yə qalmış gedib. Polis idarəsinə gedib ərizə verdik ki, tapılsın.
Mənim 2 qız, 2 oğlum var. Ailəmə ləkə atılmasın. Qızlar sağlamdır, oğullarım isə əlildir. Bizim haqqımızda rayonda hər kəsdən soruşa bilərsiniz. Heç bir tərbiyəsizlik olmayıb. Əgər belə bir hadisə olubsa, üzə çıxıb bunu sübata yetirsin. Mənim oğlanlarım elə hərəkət etməz.
İndi kimləsə getmək istəyirsə getsin. Deyərəm ki, mənim övladımı bəyənmədi, öz həyatıdır. Amma ailəmə böhtan atmasın”.
Qeyd edək ki, Cəlilabad Cəlilabad rayonunun Uzuntəpə kəndinə gəlin köçən G. Şükürova yoxa çıxıb. Onun qardaşı “Yeni Sabah”a açıqlamasında iddia edib ki, bacısının həyat yoldaşı İbrahim Mirzəyev cinsi problemlərə görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın bəkarəti pozulmayıb. Buna görə də ona qaynı Nicat Mirzəyev tərəfindən təcavüz olub.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































