“Toylarda qonaq olan şəxslər üçün maskadan istifadə ilə bağlı tələb yoxdur. Hətta musiqiçilər də maskadan istifadə etməyəcək”.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri Yenisabah.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib. Polis mayoru diqqətə çatdırıb ki, qanuna əsasən, iyunun 1-dən COVID-19 pasportu tətbiq olunan məkanlarda çalışan işçi heyətinin ən az 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir:
“Eləcə də şənlik mərasimində xidmət göstərən heyətin musiqiçilər istisna olmaqla tibbi maskalardan, əlcəklərdən və digər qoruyucu vasitələrdən istifadəsi məcburidir.
İnzibati Xətalar Məcəlləsinin 211-ci - Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinə görə, fiziki şəxslər qaydanı pozarsa, 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4 min manatdan 5 min manatadək cərimə olunur və yaxud xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aylıq müddətdə inzibati həbs tətbiq edilir. Hüquqi şəxslər üçün isə cərimə məbləği 5 min manatdan 10 mina manatadək müəyyənləşir”.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















