Beynəlxalq polis mütəşəkkil cinayətkar qruplara qarşı “dünyanın ən təkmil” əməliyyatını həyata keçirib, çoxsaylı agentliklər bu haqda məlumat yayıblar. 18 ölkədə irimiqyaslı əməliyyat zamanı terrorçu qrupları, mafiya təşkilatlarının yüzlərlə üzvləri saxlanıb.
Mediainfo.az xəbər verir ki, Avstraliya və Yeni Zelandiya mütəşəkkil cinayətkarlığa ağır zərbə haqda məlumat yayan ilk dövlətlər olub. Europol və Federal Təhqiqatlar Bürosu (FTB) öz regionlarındakı əməliyyatların detallarını gün ərzində açıqlayacaqlar.
“Avstraliya hökuməti qlobal əməliyyatın tərkib hissəsi olaraq mütəşəkkil cinayətkarlığa ağır zərbə vurub – təkcə bu ölkədə deyil, bütün dünyada mütəşəkkil cinayətkarlığa qarşı səs salacaq bir əməliyyat aparılıb”, – Baş nazir Skot Morrison mətbuat üçün brifinqdə deyib.
“Dəmir Əməliyyat” 12-dən çox ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlığı əsasında aparılıb. Bu ölkələr sırasında Birləşmiş Ştatlar, Avropa, Avstraliya və Yeni Zelandiya var.
Yeni Zelandiya və Avstraliya polisinin bildirməsinə görə, FTB ANOM adlı xüsusi tətbiq yaradıb və şübhəli cinayətkarlar təhlükəsiz sistem vasitəsilə ünsiyyət qurduqlarını düşünərək ona qoşulublar.
18 aydan çox bir müddət ərzində şübhəlilər narkotik qaçaqçılığı, çirkli pulyuma, qətl və digər cinayətlər planlaşdırıblar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































