Bakıda orta məktəbdə qalmaqallı hadisə baş verib. İşə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gələrək, direktorla mübahisə etməyə başlayıb.
Mediainfo.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsindəki 5 nömrəli Tam orta məktəbdə baş verib.
Direktor Samirə Əkbərovaya işə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gəlib, onunla mübahisə etməyə başlayıb. Mübahisə direktorun otağında baş verib.
Direktordan pulunu tələb edən qadın məktəbdə səs-küy salıb. Yayılan görüntülərdən də aydın olur ki, direktor həmin qadını sakitləşdirməyə çalışır. Digər müəllimələr də məsələyə müdaxilə etmək istəyir. Amma qadın onlara etiraz edərək israrla direktordan pulunu tələb edir.
Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən direktor Samirə Əkbərova isə iddia edib ki, qadın ona pul verdiyi üçün narazılıq etməyib.
Direktorun sözlərinə görə həmin xanım 3 ildir məktəbdə texniki işçi kimi çalışır.
Samirə Əkbərovanın sözlərinə görə narazı xanımın bu cür səs-küy salmasına, etiraz etməsinə səbəb lotereya növbəsi imiş: "Müəllimlər öz aralarında lotereya oynayıblar. Kimsə-kiminsə növbəsinə keçdiyi üçün narazılıq olub. O da məktəb direktoru olduğuma görə mənim üstünə gəlib. Mənim orada heç səsim də çıxmır. Sadəcə xanımı sakitləşdirməyə çalışıram".
Videogörüntüləri təqdim edirik:
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















