Zərdabda əməliyyat: Həbs olunanlar var

Zərdabda əməliyyat: Həbs olunanlar var

Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dəstə üzvləri rayon sakini Nurlan Əzizov və tanışı Amil Yolçuyev tutulub.

Mediainfo.az xəbər verir ki, araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərə məxsus 8 baş qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər zərərçəkənə ümumilikdə 1200 manat maddi ziyan vurublar.

Faktla bağlı Zərdab rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu şəxslərin Zərdab və ətraf rayonlarda analoji cinayətlərdə əllərinin olub-olmamasının müəyyən edilməsi istiqamərində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az