Rusiyada müflis olmuş “Palmali” MMC-nin kreditorları Mübariz Mənsimovun gizlətdiyi əmlakını axtarmağı Türkiyədən olan detektivlərə həvalə ediblər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı virtualaz.org yazır ki, bu qərar bir neçə gün əvvəl kreditorlar komitəsinin iclasında qəbul edilib. Detektivlərin adları isə əlbətdə ki, gizli saxlanılır.
“Palmali” MMC Rostovda fəaliyyət göstərən və çaylarla neft daşımaları həyata keçirən şirkətdir, Türkiyədə mənzillənən “Palmali Shpping”in törəməsidir. Bu şirkət “Sberbank”a və digər kreditorlara olan yüz milyonlarla dollarlıq borcuna görə müflis elan olunub, əmlakı hərraca çıxarılıb. Lakin şirkətin müsadirə edilən əmlakının dəyəri onun borclarının həcmindən dəfələrlə aşağıdır. Ona görə də kreditorlar Mübariz Mənsimovun Türkiyədəki əmlakını müəyyyənləşdirmək üçün bir neçə həftə əvvəl detektivlər axtarmağa başlamışdı. Bu işlə məşğul olanlara ayda 4 min dollar maaş vəd edilirdi. Detektivlər Mənsimovun 19 şirkətinə aid əmlakı Türkiyə ərazisində axtarıb tapmalıdır.
Mənsimov FETÖ ittihamı ilə bir ilə yaxın həbsdə qaldıqdan sonra bu yaxınlarda şərti cəza ilə azadlığa çıxıb. Onun biznesi müflis durumdadır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































