Lənkəranda yaşayan S.Ə adlı bir qadın Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib.
Mediainfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilib. Həmin şəxs özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib.
Ətrafında aparılan araşdırmalarla onun Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi müəyyən edilib.
E.Eyvazovun analoji əməllərindən zərərçəkən şəxslər varsa polisə müraciət etmələri xahiş olunur.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















