Azərbaycanda görünməmiş şokedici hadisə: Adam öldürən şəxsə 1 il 6 ay həbs cəzası verilib

Azərbaycanda görünməmiş şokedici hadisə: Adam öldürən şəxsə 1 il 6 ay həbs cəzası verilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aftandil Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediainfo.az xəbər verir ki, hakim Nural Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, A.Sultanova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə irəli sürülmüş ittiham dəyişdirilərək, Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

A.Sultanova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib.

İttihama görə, Tovuz rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mehdiyev həmyerlisi, 1984-cü il təvəllüdlü Aftandil Sultanov tərəfindən bıçaqlanaraq öldürüb.

Belə ki, Elnur Mehdiyev Aftandil Sultanovun yaşadığı Abulbəyli kəndindəki evinin həyətində olan mağazaya oğurluğa girib. Kamera vasitəsilə onu görən Avtandil mağazaya gələrkən giriş qapısında Elnur Mehdiyevlə rastlaşıb, əlbəyaxa dava düşüb. Dava zamanı Aftandil Sultanov əlindəki bıçaqla Elnur Mehdiyevə bir zərbə vurub. Elnur Mehdiyev onun əlindən çıxıb qaçsa da, aldığı xəsarətdən hadisə yerindən bir qədər aralıda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölüb.

Aftandil Sultanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az