ABŞ-da masaj salonlarına hücumlar nəticəsində 7 nəfər ölüb

ABŞ-da masaj salonlarına hücumlar nəticəsində 7 nəfər ölüb

ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) bir neçə silahlı hücum baş verib.

Mediainfo.az TASS-a istinadən xəbər verir ki, ilk hücum Atlanta yaxınlığında Çeroki dairəsində yerləşən masaj salonuna edilib. Silahlı şəxs salona daxil olaraq odlu silahdan 3 nəfəri qətlə yetirib, 2 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib. Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.

Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az