Yaşar Nurinin şəxsi əşyaları oğurlandı

Yaşar Nurinin şəxsi əşyaları oğurlandı

Mərhum xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

Mediainfo.az xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım açıqlamasında məsələ barədə danışmaq istəmədiyini deyib.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az