Şəmkir rayonunda toy edən şəxslər məsuliyyətə cəlb olunub.
Bu barədə Mediainfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Şəmkir rayon polis şöbəsinə rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə.jpg)








.jpg)










.jpg)
















.jpg)
















