İçərişəhərin qala divarlarına bir qrup turist tərəfindən müxtəlif yazılar yazılaraq zərər verilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə sosial mediada yayılan görüntülərdə bəzi əcnəbilərin tarixi abidənin divarlarına müxtəlif yazılar həkk etdiyi əks olunub.
Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, tarixi binalarla bağlı neqativ hal aradan qaldırılıb:
“Son günlər İçərişəhərin müəyyən hissəsində turistlər və gənclər tərəfindən divar üzərində müxtəlif xatirə yazılarının yazılması ilə bağlı fikirlər səsləndirilir. Qeyd edək ki, yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur.
Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ “art wall” - xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür. Bununla yanaşı, tarixi abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilə yolverilməzdir və ciddi nəzarətdə saxlanılır.
Hazırda məsələ polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarətə götürülüb. Binanın əsas yola çıxan fasad hissəsi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmizlənərək mövcud neqativ hal aradan qaldırılıb.
Məqsədimiz həm İçərişəhərin tarixi simasını qorumaq, həm də onu gənclərin və turistlərin özünü rahat hiss etdiyi canlı şəhər məkanı kimi yaşatmaqdır”.
Azərbaycanpolisi.az
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb.jpg)








.jpg)













































