Bakı şəhəri, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevi bıçaqlayan şəxs həbs edilib.
Qaynarinfo xəbər verir ki, 2002-ci ildə Yevlax rayonunda anadan olmuş Hüseynzadə Ramin Əlisahib oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.
Ramin Hüseynzadə Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevə bıçaqlı hücum etməkdə təqsirli bilinib. O, özü ilə gətirdiyi mətbəx bıçağından silah qismində istifadə edərək bələdiyyə sədrinə qarın və sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini deyib. İfadəsində göstərib ki, Elşad Vəliyevlə münasibətləri restoranda ofisiant işlədiyi dövrdə pozulub. İşdən çıxarıldıqdan sonra psixoloji gərginlik yaşadığını, yuxularının pozulduğunu və kiminsə onu izlədiyini düşündüyünü bildirib. Onun sözlərinə görə, bu məsələlərə aydınlıq gətirmək üçün zərərçəkmişin yaşadığı evin yaxınlığına gedib. Həmin vaxt Elşad Vəliyevlə qarşılaşıb, aralarında mübahisə yaranıb və o, bıçaqla 2-3 dəfə zərbə endirib.
Məhkəmənin hökmü ilə Ramin Hüseynzadə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir














.jpg)



















.jpg)




















