13 dekabr 1957-ci il tarixli Ekstradisiya Konvensiyasına uyğun olaraq, Türkiyə Respublikasının səlahiyyətli orqanları Baş Prokurorluğun Azərbaycan Respublikası vətəndaşı Sevinc Əlisəfa qızı Hüseynovanın ekstradisiyası ilə bağlı sorğusunu təmin edib.
Azerbaycanpolisi.az “Day.Az”-a istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırılan cinayət işində Sevinc Əlisəfa qızı Hüseynovanın məktəb direktoru vəzifəsində çalışarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsdən ümumilikdə 69.000 manat məbləğində dələduzluq yolu ilə pul aldığına dair əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar olaraq, Sevinc Hüseynovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilən dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və təkrar cinayətlər, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham olunması barədə qərar qəbul edilib. İstintaqdan yayındığı və gizlədildiyi üçün o, beynəlxalq axtarışa verilib. İstintaq əməliyyatlarından sonra Sevinc Hüseynova Türkiyədə saxlanılıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hazırda onun ölkəmizə qaytarılması üçün tədbirlər görür.
Eyni zamanda, Baş Prokurorluq xaricdə axtarışda olan şəxslərin tapılması və Azərbaycan Respublikasına qaytarılması üçün İnterpol da daxil olmaqla beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edir.
Azerbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















