Perm diyarında məktəbli tərəfindən bıçaqla hücuma məruz qalan müəllimə xəstəxanada ölüb. Azərbaycanpolisi.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Dmitri Maxonin öz Teleqram kanalında bildirib.
"Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Dobryankadakı 5 nömrəli məktəbin rus dili və ədəbiyyatı müəlliməsi Olesya Petrovna Baqutanı xilas etmək mümkün olmayıb", - deyə qubernator ailəsinə və həmkarlarına başsağlığı verərək yazıb.
Bu səhər yeniyetmə məktəbin pilləkənlərində direktor müavinini bıçaqlayıb. Şagird polis nəzarəti altındadır. Medianın məlumatına görə, gənc oğlanın ciddi akademik problemləri olub və müəllimə onun imtahan verməsinə mane olmağı planlaşdırırdı. Məktəb dərsləri dayandırmamaq qərarına gəlib.
Əvvəlcə zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilsə də, sonradan onun ölümü elan edilib.
Almaz Həsənli
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















