19 yaşlı rayon sakininin evlilik məqsədilə zorla qaçırılması barədə məlumat aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə daxil olub.
Azerbaycanpolisi.az “Xalqqazeti.az”a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin regional mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qızın yeri müəyyən edilib və o, ailəsinə təhvil verilib.
Bu cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri saxlanılaraq müstəntiqlərə təhvil verilib: 32 yaşlı Nemət Məmmədov, onun 34 yaşlı qardaşı İsmət Məmmədov və onların həmkəndliləri, 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Adam oğurluğu" maddəsi ilə cinayət işi açılıb və saxlanılanlara ittiham irəli sürülüb. İstintaq davam edir.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






