Dünən Gürcüstanın Marneuli rayonunda baş verən qətldə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Azerbaycanpolisi.az-ın Report-a istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 2004-cü il təvəllüdlü kişi qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.
İstintaq müəyyən edib ki, 2 apreldə Marneulidə uzun müddətdir davam edən kin-küdurətdən qaynaqlanan münaqişə zamanı təqsirləndirilən şəxs Ümid Bayramovu (2005-ci il təvəllüdlü) bıçaqlayaraq hadisə yerindən qaçıb. Ağır yaralanan zərərçəkən xəstəxanaya aparılarkən yolda ölüb. Əldə edilən məlumata görə, 21 yaşlı Ümid Bayramov cəmi bir həftə əvvəl ailə həyatı qurub.
Bildirilir ki, 20 yaşlı Ümid Bayramov boynundan bıçaqlanıb və hadisənin toy mərasimində baş verən münaqişə ilə əlaqəli ola biləcəyi ehtimal olunur.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə istintaq aparılır. Bu maddə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
Azerbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















