Dövlət Təhlükəsizliyi Xidmətində Zahirəddin İbrahimov barəsində başlanmış cinayət işi üzrə hazırlıq iclası keçirilib. O, dövlətə xəyanətdə – xüsusilə, üçüncü ölkə ərazisində olarkən xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməkdə, habelə Azərbaycan Respublikasının ərazisində etnik nifrət və düşmənçiliyi qızışdırmağa yönəlmiş hərəkətlər törətməkdə ittiham olunur.
Azərbaycanpolisi.az APA-nın məlumatına istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.
Məhkəmə heyəti işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmə iclası aprelin 16-na təyin edilib.
Qeyd edək ki, Zahirəddin İbrahimov ötən ilin mart ayında DTX-də başlanmış cinayət işi çərçivəsində həbs edilib.
Müəyyən edilib ki, o, maddi maraq müqabilində gizli əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti əleyhinə yönəlmiş xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirib, habelə genişmiqyaslı dağıdıcı separatçı fəaliyyət həyata keçirib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə açıq çağırışlar) və 283.1 (milli nifrət və düşmənçiliyi qızışdırmağa yönəlmiş hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















