Yasamaldakı çoxmərtəbəli binada üç nəfərin ölümü ilə bağlı saxlanılan "Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev yenidən hakim qarşısına çıxarılıb.
“Unikal” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Qərara əsasən, Bəhruz Paşayevin həbs müddəti daha 4 ay uzadılıb.
Xatırladaq ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ağır yanğın hadisəsi baş verib. Baş Prokurorluğun məlumatına görə, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər isə tüstüdən zəhərlənib.
İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsini icarəyə götürən “TAXES GROUP” MMC-nin (“Loft Dent” klinikası) direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Onun məhz bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr yaranıb.
B.Paşayev ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir. Hadisədə təqsiri olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















