Türkiyədə özlərini Azərbaycandakı şirkətlərdən birinin rəhbərləri kimi qələmə verən dələduz dəstə ələ keçirilib.
Lent.az xəbər verir ki, həmin şəxslər özlərini azərbaycanlı biznesmenlər kimi təqdim edərək guya iş birliyi vəd ediblər. Bu bəhanə ilə Kocaeli və digər bölgələrdə ümumilikdə 28 firmanı aldadaraq 105 milyon 861 min lirə (təxminən 4 milyon 65 min manat) pul ələ keçiriblər.
Daxil olan şikayətlər əsasında kibercinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları Kocaeli şəhəri başda olmaqla, 7 şəhərdə əməliyyat keçiriblər. Nəticədə 25 nəfər saxlanılıb. Onların dələduzluq cinayətində istifadə etdikləri mobil telefonlar, SİM kartlar, disklər və digər əşyalar maddi sübut kimi götürülüb. Saxlanılanlardan birinin barəsində 81 il 4 ay həbs cəzası verilən dəstə başçısı H.İ.A olduğu ortaya çıxıb.
Məhkəmə qərarı ilə 18 nəfər həbs edilib, 7 nəfər isə şərti qaydada sərbəst buraxılıb. İstintaq davam etdirilir.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















