Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskiyə və Səfərov qardaşlarına hökm oxunub.
Kirov rayon məhkəməsi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskiyə 22 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib. Oxuməni.az xəbər verir ki, bu barədə Sverdlovsk məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
Məhkəmə prosesində Şücəddin Rəcəbov, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovlar da iştirak edib və onlara 10 ildən 21 ilə qədər həbs cəzası kəsilib.
Şıxlınskini daha bir məhkəmə gözləyir. O, oğlu - vəkil Mütvəli ilə birlikdə xüsusi təyinatlı əsgərə zor tətbiq etməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur. İstintaqın fikrincə, ata və oğul "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında, əməliyyatçılar Şıxlınskini saxlayıb dindirmək istəyərkən, bir əsgəri vurublar. Təqsirləndirilənlər özlərini təqsirli bilmirlər.
Şahin Şıxlınski 2 avqust 2025-ci ildə Moskvada saxlanılıb və sonrakı istintaq hərəkətləri üçün Yekaterinburqa aparılıb.
Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar aldığı xəsarətlərdən vəfat ediblər.
Almaz Həsənli
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















