Bakıda mağazadan 750 manatlıq məhsul oğurlamaqda təqsirləndirilən Şövqi Dövlətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Yeni Sabah" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Ş.Dövlətov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsi təklifini irəli sürüb.
Qeyd edək ki, Ş.Dövlətova qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hadisə 2025-cu ildə Suraxanıda yerləşən marketlərdən birində baş verib.
İstintaqla müəyyən edilib ki, Şövqi Dövlətov marketə basqın edərək spirtli içkiləri yerə dağıdıb və kassadan 750 manat pul vəsaitini ələ keçirib.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















