Bakı şəhərinin Qaradağ rayonunda tarixi və mədəni abidələrə zərər vuran şəxslər saxlanılıb.
Azerbaycanpolisi.az “1news.az”a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, əvvəlcədən əlbir olan bir qrup şəxs xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması qaydalarını pozaraq qızıl axtarışı məqsədilə milli tarixi və bədii qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. Mədəni irs obyekti hesab edilən qayaların ətəyində qazıntı işləri apararkən xüsusi maddi dəyərli əşyaları oğurlamağa cəhd göstəriblər və nəticədə mədəni sərvətlərə ziyan dəyib.
42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İskəndərov bu cinayəti törətməkdə şübhəli bilinərək müəyyən edilərək saxlanılıblar. Şəxslər həmçinin hərəkətlərini mobil telefonlarına çəkiblər. Faktla bağlı cinayət işi açılıb və istintaq davam edir.
Azerbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















