Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Talışxanovla bağlı sensasion faktlar üzə çıxıb.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, vaxtilə Masallı Rayon Məhkəməsinin sədri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb.
Sonralar keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etdiyi Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin üzvləri sırasında yer alıb. Lakin sonradan oradan uzaqlaşıb. O, həmin dövrdə mətbuata açıqlamasında bildirib ki, heç bir partiyanın üzvü deyil və olmağı düşünmür.
Qeyd edək ki, Mirədalət Talışxanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Oma Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















