Kanadanın Britaniya Kolumbiyasındakı Tumbler Ridge Liseyində baş verən atışmada on nəfər həlak olub. Şübhəli hücumçunun cəsədi də hadisə yerində tapılıb.
CBC News polisə istinadən xəbər verir ki, ölənlərdən altısı məktəb binasının içərisində, digəri isə xəstəxanaya aparılarkən ölüb. İki qurban yaxınlıqdakı evdə huşsuz vəziyyətdə tapılıb; polis onların ölümünün məktəbdəki hadisə ilə əlaqəli olduğuna inanır.
İlkin məlumatlara görə, hücumçu intihar edib. Ölənlərdən əlavə, ən azı 25 nəfər yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir və xəstəxanaya yerləşdirilib. Məktəbdəki bütün qalan şagirdlər və işçilər təxliyə edilib.
AFP-nin qeyd etdiyi kimi, Kanada mediası əvvəlcə atəş açan şəxsin qadın olduğunu bildirib, lakin polis hələlik hücumçu haqqında məlumat yaymayıb, baxmayaraq ki, onu müəyyən etdiklərini iddia edirlər.
Kanadanın Baş naziri Mark Karni sosial mediada atışma xəbərindən "dəhşətə gəldiyini" bildirib. O, əlavə edib ki, "dualarım və dərin hüznlə başsağlığım bu dəhşətli zorakılıq aktında yaxınlarını itirən ailələrə və dostlaradır".
Əziz MUSTAFA
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















