Bakının Nizami rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.
1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarəti yetirib.
Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.
Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































