"Azəri kooperasiyası" MMC-nin direktoru, tanınmış sahibkar Tehran Lətifov, qadının və oğlunun həbs olunması məqsədilə onların avtomobilinə narkotik maddə atmağa cəhd etdiyi üçün saxlanılıb. Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə “Report” xəbər verib.
Məlumata görə, Şəkidə tanınan, böyük sərvəti ilə seçilən sahibkar Tehran Lətifov, saxta dəlillərdən istifadə edərək Sevil Səlimovanı və onun oğlu Vasıf Səlimovu həbsə göndərmək niyyətində olub. Bu məqsədlə o, tanışları İlham Vəqablı, Nicat Quliyev və Qacay Məmmədovu Bakıya göndərib, orada onlar Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda marixuana alıblar. Qeyd olunan şəxslər narkotik maddəni Şəki şəhərinə gətirərək Vasıf Səlimovun avtomobilinə atacaqmışlar.
Zərərçəkmiş tərəfin hüquq-mühafizə orqanlarına vaxtında müraciət etməsi və Baş Prokurorluğun apardığı istintaq sayəsində təqsirləndirilən şəxslərin cinayət niyyətləri sübuta yetirilib. Tehran Lətifov və sui-qəsdin digər iştirakçıları saxlanılıblar.
Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 296.2 (ağır və ya xüsusilə ağır cinayətdə təqsirləndirilən şəxsə qarşı bilə-bilə yalan ittiham irəli sürmə, yaxud ittiham üçün süni sübutlar yaratma) maddələri ilə ittiham irəli sürülüb.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi Tehran Lətifov və digər şəxslər barəsində həbs qətimkan tədbiri seçib.
Azerbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































