Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib.
Belə ki, o, avtomobilini satmaq istədiyi şəxsi evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədləri oğurladığını bildirib. Həmin şəxs sonradan zərərçəkənə zəng edərək taladıqlarını geri qaytaracığını bildirsə də, vədinə əməl etməyərək həmin əşyaları satıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sabunçu RPİ 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































