Bakı-Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində sürət yarışı təşkil edən sürücülər saxlanılıb.
Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə “Axar.az”-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma başlanılıb.
Müəyyən edilib ki, 23 yanvar 2026-cı il tarixində X. Hümbətovun idarə etdiyi "Şevrolet Kobalt" markalı, 90 YD 792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90 YH 208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.
Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yollarda sürət yarışı və məsuliyyətsiz davranışlar ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Yol hərəkəti qaydalarına əməl edilməsi hər bir sürücünün birbaşa məsuliyyətidir.
Yollarda sürət yarışı təşkil edən, ictimai təhlükəsizliyi bilərəkdən təhdid edən bu kimi hallara qarşı bundan sonra da tərəfimizdən qətiyyətlə ən sərt hüquqi tədbirlərin tətbiqi davam etdiriləcəkdir.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































