Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat və istintaq tədbirləri zamanı əvvəllər məhkum olunmuş 46 yaşlı İlyas İsmayılov və 41 yaşlı Vəli Abdulov saxlanılıb.
1news.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan ümumilikdə 18 kiloqramdan çox marixuana, heroin, tiryək və metamfetamin, eləcə də 427 psixotrop tablet və beş elektron tərəzi götürülüb.
Müəyyən edilib ki, saxlanılanlar narkotik maddələri İran vətəndaşlarının təqdim etdiyi ünvanlara çatdırılmaq üçün alıblar və hazırda onların şəxsiyyəti müəyyən edilir.
Faktla bağlı cinayət işi açılıb və saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































