“2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür. Təsadüf nəticəsində oradakı milis əməkdaşları onu ölümdən xilas edirlər”.
Azerbaycanpolisi.az “Globalinfo.az”a istinadla xəbər verir ki, bu iddia ilə jurnalist Cavanşir Həsənli çıxış edib.
O bildirib ki, həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi:
“İstintaqın versiyasına görə, Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Əliyev adlı şəxsə böyük məbləğdə borcu olub. Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq “Əliyevdən qorunmasını” xahiş edir.
Kimdir İlham Əliyev? Əliyev İlham Oruc oğlu Hasil Nurullayevin həyat yoldaşının əmisidir.
Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. İllərlə davam edən istintaq və məhkəmə işi ötən ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi “adam öldürməyə cəhd” maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir.
Razi Nurullayevin qardaşıları Hüseyn və Hasil Nurullayevlər, həmçinin Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti bizneslə məşğuldurlar, “PERSPEKTİVA”, “ALTERNATİVA”, “ELİZAVETA”, “ORİON”, “MUNİR”, “OLİMP-FİNANS”, “ASSET”, “YABLOKO”, “AVRORA”, “MERKURİ”, ” ŞANS”, “RİK” kimi çoxsaylı şirkətlərə sahibdirlər”.
Azerbaycanpolisi.az
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir
Gürcüstanda azərbaycanlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, sonra intihara cəhd edib













.jpg)


















.jpg)
















