Xankəndində tapdığı silah-sursatı gizli yolla evinə gətirən şəxs həbs olunub.
Oxu.Az-ın məlumatına görə, Beyləqan rayonunun Tatalılar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Məmmədov (ad və soyad şərtidir) 2024-cü ilin avqust ayında Xankəndi şəhərinə gəzməyə gedib. O, həmin vaxt boş evlərdən birinə daxil olub və orada süngü bıçağı, tapança aşkarlayıb. A.Məmmədov həmin silah-sursatı götürüb, avtomobilində oturacağın altında gizlədərək Beyləqan rayonundakı evinə gətirib. Bir müddətdən sonra o, həmin silah barədə qonşularına danışıb. Qonşular bu barədə polisə məlumat veriblər.
Polis əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında A.Məmmədovun evinə baxış keçirərkən mənzildən tapança, patron darağı və süngü bıçağı aşkarlanıb.
A.Məmmədov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədov 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Azerbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















