Bakıda kafedə törədilən cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, ölümlə nəticələnən hadisəyə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub.
Bildirilib ki, hadisə ötən ilin iyun ayında, gecə saat 02 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb. Həmin vaxt oradakı kafedə bir qrup şəxs arasında münaqişə baş verib. Bu zaman dalaşanları ayırmaq istəyən 1990-cı il təvəllüdlü Turan Şəkərov qəfil baş nahiyəsindən zərbə alıb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılaraq stasionar müalicə alsa da, bir neçə gün sonra vəfat edib.
Məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, T.Şəkərovun ölümünə baş beyin maddəsinin əzilməsi, baş beynin yumşaq qişalarına və maddəsinə qansızma, alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı, həmin səviyyədə baş beynin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısında əzilmiş-cırılmış yara, nəticədə baş beynin irinli iltihabı və ödem səbəb olub.
Aparılan istintaqla müəyyən olunub ki, Turana Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Musa Musayev qartalbaşlı əsa ilə zərbə endirib.
T.Şəkərov dünyasını dəyişməzdən əvvəl verdiyi ifadəsində hadisə zamanı dalaşanları ayırmağa çalışdığını bildirib. Bundan sonra Musa onu yanına çağıraraq əsası ilə qəfil başına zərbə vurub.
Məhkəmə M.Musayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli olduğunu müəyyən edib və ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Azərbaycanpolisi.az
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir
Gürcüstanda azərbaycanlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, sonra intihara cəhd edib













.jpg)


















.jpg)
















