Bakıda tanışına çox sayda bıçaq xəsarəti yetirməkdə təqsirləndirilən Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
"Yeni Sabah" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənin 17 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Çıxış üçün söz müdafiə tərəfinə verilsə də, buna hazır olmadıqlarından növbəti proses dekabrın 17-nə təyin olunub.
Xatırladaq ki, Bakı şəhər sakini F.Rəcəbzadə 2024-cü il iyunun 5-də Ruhulla Axundov küçəsində tanışı Təbriz Rəhimova mübahisə zəminində bıçaqla çox sayda bədən xəsarəti yetirərək öldürməyə cəhd edib. Faktla bağlı cinayət işi başlanıb və F.Rəcəbzadə Cinayət Məcəlləsinin 29.120.2.2, 29.120.2.4, 221.3 maddələri ilə təqsirli bilinib.
Onu da qeyd edək ki, Fuad Rəcəbzadə əvvəllər də analoji cinayət törətməkdə təqsirli bilinərək bir neçə dəfə məhkumluq yaşayıb. Növbəti dəfə isə onun əməli residiv sayılaraq onun daha ağır cəza ilə həbs olunması təklif olunub.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































