Qazaxıstanlı cütlük "Crown Sydney" kazinosunda fırıldaq yolu ilə 1 milyon dollardan çox pul qazanmaqda ittiham olunur.
Axar.az xəbər verir ki, bu barədə "Deyli Mail" məlumat yayıb.
Məlumata görə, kazino işçiləri köynəyindəki “Disney” yazısının altında kamera gizlədilmiş 36 yaşlı qadını saxlayıblar:
"Yeni Cənubi Uels Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əməkdaşları qumarxanaya baş çəkərək qadını və onun 44 yaşlı ərini saxlayıblar".
Polis iddia edib ki, cütlükdə kameradan əlavə maqnitləşdirilmiş sensorlar, batareyalar, mobil telefon və eyni cihaz üçün xüsusi hazırlanmış kiçik güzgü olub:
"Araşdırma nəticəsində məlum olub ki, cütlük oktyabr ayında Qazaxıstandan Sidneyə gəlib və gəldikləri gün kazinoya qoşulmaq üçün müraciət ediblər. Onların oktyabr və noyabr aylarında "Crown Sydney"ə bir neçə səfərdə cəmi 1,179,412,50 dollar qazandıqları güman edilir. Cütlük mərc təlimatlarını ötürmək, masaların və qulaqlıqların şəkillərini çəkmək üçün cib telefonlarından istifadə edib.
Polis həmçinin cütlüyün Kent küçəsindəki mənzilində bahalı zinət əşyaları və təxminən 3550 dollar tapıb".
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































