Dünən saat 22:00 radələrində Yasamal rayonu ərazisindəki xəstəxanaya kəsilmiş-deşilmiş xəsarətlərlə X.Mirzəyev (2010-cu il təvəllüdlü) gətirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, yeniyetməni xilas etmək mümkün olmayıb.
Oxuməni.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə 52 nömrəli tam orta məktəbin yaxınlığında, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən beşmərtəbəli binanın həyətindəki söhbətgahda baş verib.
Məlumatda qeyd olunur ki, yeniyetmələr arasında mübahisə yaranıb və bu mübahisə tezliklə münaqişəyə çevrilib. Səbəbini müəyyənləşdirmək üçün aparılan araşdırmalar zamanı məlum olub ki, münaqişə zamanı məktəblilərdən biri digərini yuxu arteriyası nahiyəsindən bıçaqla yaralayıb.
Bu zaman hadisə yerində təxminən on nəfər olub. Polis əməkdaşları dərhal hadisə yerinə gəliblər.
Polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətdə şübhəli bilinən E.Novruzlu (2011-ci il təvəllüdlü) saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















